Əlcəzair səfirliyi Azərbaycana başsağlığı verdi

Əlcəzair səfirliyi Azərbaycana başsağlığı verdi
  05 İyun 2021    Oxunub:966
Əlcəzairin Azərbaycandakı səfirliyi Kəlbəcərdə mina partlayışı nəticəsində iki jurnalistin və bir vəzifəli şəxsin həlak olması ilə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.

"Əlcəzairin Azərbaycandakı səfirliyi Kəlbəcərdə mina partlayışı nəticəsində iki jurnalistin və bir məmurun həlak olması xəbərini kədərlə qarşıladı. Azərbaycana, mətbuata və həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Məkanları cənnət olsun, ailələrinə və dostlarına səbr diləyirik”.

Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Pərvanə Sulltanova
Azvision.az


Teqlər: Kəlbəcər   Mina  





Xəbər lenti