“Minaların təmizlənməsi üçün tam məlumat mübadiləsi vacibdir” - Aİ rəsmisi

 “Minaların təmizlənməsi üçün tam məlumat mübadiləsi vacibdir” -  Aİ rəsmisi
  05 İyun 2021    Oxunub:1332
Dünən Kəlbəcərdə Azərbaycanın mülki vətəndaşlarının faciəli şəkildə ölümü və yaralanması ilə nəticələnən hadisə baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter hesabında yazıb.

"Daha çox itkinin qarşısını almaq və minaların effektiv şəkildə təmizlənməsi üçün tam məlumat mübadiləsi vacibdir", - Aİ rəsmisi qeyd edib.

Kəlbəcərin qarlı yazı | FOTOLAR
Xatırladaq ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kəlbəcər   Mina    






Xəbər lenti