İsrailin sabiq səfiri: “Çox dəhşətli xəbərdir”

 İsrailin sabiq səfiri:  “Çox dəhşətli xəbərdir”
  05 İyun 2021    Oxunub:1148
İsrailin Azərbaycandakı sabiq səfiri Artur Lenk Kəlbəcərdə mina partlaması nəticəsində iki jurnalist və bir məmurun həlak olması ilə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə sabiq diplomat Tvitter hesabında paylaşım edib.

"Çox dəhşətli bir xəbərdir. İsrail də daxil olmaqla bir çox ölkələrin ölümcül minaları məhv etmək üçün münaqişədən sonra xəritələri paylaşmaları lazımdır. Azərbaycana və qurbanların ailələrinə başsağlığı verirəm".

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArturLenk  






Xəbər lenti