Prezident və birinci xanım jurnalistlərin ölümü ilə bağlı başsağlığı verib

   Prezident və birinci xanım jurnalistlərin ölümü ilə bağlı başsağlığı verib
  05 İyun 2021    Oxunub:1470
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iyunun 4-də saat 11 radələrində işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə və yaxınlarına başsağlığı verib.
Azvision.az xəbər verir ki, başsağlığını şəhid media işçilərinin yaxınlarına Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çatdırıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Mehriban-Əliyeva  





Xəbər lenti