Krım hökumətindən tatarlara təklif
Aksenov Krımın ikidilli dövlət olacağını və rus dili ilə yanaşı yerli tatarların da öz dillərini inkişaf etdirməyi üçün hər cür şəraitin yaradılacağını bildirib. Bundan başqa, deportasiyadan dönmüş tatarların evlə təmin olunması üçün də ayrılan illik vəsaitlərin 2 dəfə qaldırılması gözlənilir.
Aksenov bundan öncə, tatar icması ilə görüşərək qarşıdakı referendumda onların iştirakının önəmli olduğunu vurğulayıb.
Xatırladaq ki, Krım tatarlarının Ali Məclisi referenduma boykot elan edib. Krımın statusu ilə bağlı referendum martın 16-da keçiriləcək.
Vüqar İsmayılov