“Formula-1”: Qran-Prinin start düzülüşü müəyyənləşdi - YENİLƏNİB
Ş.Lekler 1 dəqiqə 41,218, L.Hamilton isə 1 dəqiqə 41,450 saniyəlik nəticə göstəriblər. “Red Bull Racing”in pilotu Maks Ferstappen (1 dəqiqə 41,563 saniyə) üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, sıralanma turunun nəticələrinə əsasən, iyunun 6-da keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
***
Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu keçirilib.
Azvision.az xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyublar.
Yürüş iştirakçıları bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışıblar.
Qeyd edək ki, iyunun 6-da Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.
Azvision.az