Azərbaycanda 108 yeni yoluxma qeydə alındı

 Azərbaycanda 108 yeni yoluxma qeydə alındı
  05 İyun 2021    Oxunub:1301
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 350 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 619 nəfər müalicə olunaraq sağalıb, 4936 nəfər vəfat edib. Aktiv xəstə sayı 3092 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8331, bu günə qədər isə 3 559 951 test icra olunub.



Azvision.az


Teqlər: Koronavirus   Yoluxma  





Xəbər lenti