Peyvənd olunanların sayı açıqlandı

 Peyvənd olunanların sayı açıqlandı
  05 İyun 2021    Oxunub:2362
İyunun 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 47 min 366 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41631, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5735 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 513 min 85-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 581 min 890, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 931 min 195 nəfərdir.



Azvision.az


Teqlər: Vaksin   Koronavirus   Peyvənd  





Xəbər lenti