İspaniya Azərbaycanlıları Birliyi dünya ictimaiyyətinə müraciət etdi

İspaniya Azərbaycanlıları Birliyi dünya ictimaiyyətinə müraciət etdi
  05 İyun 2021    Oxunub:1108
İspaniya Azərbaycanlıları Birliyi iyunun 4-də Kəlbəcərdə baş vermiş dəhşətli hadisə ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, təşkilatın sədri Vahid İmanov müraciətdə Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olmasına, 4 nəfərin yaralanmasına diqqət cəlb edildiyini bildirib.

Kəlbəcərdə çaya aşan yük maşınının sürücüsünün meyiti tapılıb - YENİLƏNİB
Bəyanatda qeyd olunub ki, baş verən dəhşətli hadisə Ermənistanın beynəlxalq konvensiyalara məhəl qoymamasının, mina xəritələrini Azərbaycana təhvil verməməklə regionda qarşıdurma yaratmasının acı nəticəsidir.

İspaniya Azərbaycanlıları Birliyi beynəlxalq ictimaiyyəti Ermənistanın yolverilməz davranışlarına biganə qalmamağa, onun minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsini, beynəlxalq hüquqla müəyyənləşdirilən öhdəliklərə əməl etməsini tələb etməyə çağırıb.

Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti