Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır
  06 İyun 2021    Oxunub:920
Bu gün Budapeştdə cüdo üzrə dünya çempionatı start götürəcək.
Azvision.az xəbər verir ki, Tokio Olimpiadasına lisenziya xarakterli yarışda Azərbaycan 12 cüdoçu ilə təmsil olunacaq.

Belə ki, kişilərin mübarizəsində Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kiloqram), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kiloqram), Nurlan Osmanov, Hidayət Heydərov (73 kiloqram), Murad Fətiyev, Zelim Tkçayev (81 kiloqram) və Elmar Qasımov (100 kiloqram) güclərini sınayacaqlar.

Qadınların yarışında isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) təmsil edəcəklər.

Qeyd edək ki, yarışa iyunun 13-də yekun vurulacaq.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti