Daha bir boksçumuz lisenziya uğrunda mübarizə aparacaq

Daha bir boksçumuz lisenziya uğrunda mübarizə aparacaq
  06 İyun 2021    Oxunub:942
Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91 kq) Avropa Olimpiya təsnifat turnirində mübarizəyə başlayıb.
Azvision.az xəbər verir ki, boksçumuz Olimpiadaya vəsiqə uğrunda ilk döyüşünü uğurla keçirib.

Parisdə təşkil olunan yarışda Adam Kuliklə (Ukrayna) qarşılaşan M.Abdullayev səkkizdəbir final çərçivəsində baş tutan görüşdə 5:0 hesabı ilə qalib gəlib. O, dörddəbir finalda ukraynalı Tsotne Roqava ilə üz-üzə gələcək. İdmançımız yarımfinala yüksələcəyi halda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Qeyd edək ki, bundan əvvəl Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqes (81 kq) Avropa Olimpiya təsnifat turnirində Tokio Olimpiadasına lisenziya qazanıblar.

Azvision.az


Teqlər: Boks   Olimpiada  





Xəbər lenti