“Formula 1”: Himnimizi qazi Atəş Qarayev və Səbinə Babayeva səsləndirəcək

  “Formula 1”:  Himnimizi qazi Atəş Qarayev və Səbinə Babayeva səsləndirəcək
  06 İyun 2021    Oxunub:2258
Formula 1 Azərbaycan Qran Prisi beşinci dəfə Bakı küçələrinə qayıdır. Asfalt сəngavərləri Bakı şəhər halqasını “alovlandırmazdan” əvvəl, bütün komandalar və tədbirin qonaqları himn üçün ayağa qalxacaqlar.
Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanacaq. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanır.

Builki Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Dövlət Himni Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndiriləcək. Himn səsləndirilən zaman trek üzərində dayanacan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutaacaqlar. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” formasında dayanacaqlar.

Qeyd edək ki, himnin xüsusi versiyası tanınmış Azərbaycan bəstəkarı Azad Vəliyev tərəfindən hazırlanb.

Azvision.az


Teqlər: Formula-1   Himd  






Xəbər lenti