Fənn Olimpiadalarının nəticələri açıqlandı

Fənn Olimpiadalarının nəticələri açıqlandı
  06 İyun 2021    Oxunub:1686
Riyaziyyat və fizika fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, qaliblər və final turunun nəticələri ilə www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Azvision.az


Teqlər:





Xəbər lenti