Yoluxma sayı 68-ə düşdü - Bugünkü statistika

Yoluxma sayı 68-ə düşdü -  Bugünkü statistika
  06 İyun 2021    Oxunub:1068
Azərbaycanda koronavirus infeksiyasından 274 nəfər müalicə olunaraq sağalıb, 68 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 334 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 326 min 893 nəfər müalicə olunaraq sağalıb, 4941 nəfər vəfat edib. Aktiv xəstə sayı 2881 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 567 min 745 test aparılıb. Bugünkü test sayı isə 7794-dür.

Azvision.az


Teqlər: Koronavirus   Yoluxma  





Xəbər lenti