“Formula-1”in qalibləri mükafatlandırıldı

 “Formula-1”in qalibləri mükafatlandırıldı
  06 İyun 2021    Oxunub:1095
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıb.
Azvision.az xəbər verir ki, qalib idmançının və komandanın şərəfinə Meksikanın, eyni zamanda Avstriyanın dövlət himnləri səsləndirilib.

Pilotlara mükafatları Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. İkinci yerdə “Aston Martin” komandasının almaniyalı pilotu Sebastian Fettel qərarlaşıb. “AlphaTauri” komandasının fransalı təmsilçisi Pyer Qasli isə yarışı üçüncü sırada tamamlayıb.

Azvision.az


Teqlər: Formula-1  





Xəbər lenti