“Mercedes” 2018-ci ildəki uğursuzluğunu Bakıda təkrarladı

“Mercedes” 2018-ci ildəki uğursuzluğunu Bakıda təkrarladı
  06 İyun 2021    Oxunub:826
Formula 1 Azərbaycan Qran-Prisi “Mercedes” komandası üçün uğursuz olub.
Azvision.az xəbər verir ki, Formula 1 üzrə dünya çempionatının Bakı mərhələsində Almaniya təmsilçisinin pilotları xal qazana bilməyiblər. Belə ki, Valtteri Bottas yarışı 12-ci, Luis Hamilton isə 16-cı pillədə başa vurublar.

Bununla da 2018-ci ildən sonra ilk dəfədir ki, “Mercedes” komandası yarışda xal qazana bilməyib. Sonuncu belə hal 2018-ci ildə Avstriya Qran-Prisində baş verib.

Azvision.az


Teqlər: Formula-1  





Xəbər lenti