Kerri Rusiyaya gəlmədi

  10 Mart 2014    Oxunub : 362
Kerri Rusiyaya gəlmədi
ABŞ dövlət katibi Con Kerri Rusiyaya bazar ertəsinə planlaşdırdığı səfərini təxirə salıb. Bu barədə XİN rəhbəri Sergey Lavrov RF prezidenti Vladimir Putinə işçi görüşü zamanı məlumat verib.
Lavrov qeyd edib ki, ABŞ dövlət katibi Con Kerriyə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Rusiyaya gəlmək təklif olunub.

Lavrov prezidentə məlumat verib ki, onun tapşırığına əsasən, Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, xarici tərəfdaşlarla ötən həftə boyu davam edən məsləhətləşmələr aparıb.

Lavrovun sözlərinə görə, bu məsləhətləşmələr zamanı onların iştirakçıları "Ukraynada vəziyyətin nizamlanmasına imkan verən birgə kömək yollarını" axtarıblar.
"İkitərəfli əlaqələrin növbəti raundunda tərəfdaşlar bildiriblər ki, biz amerikalılarla birgə hansısa əlavə yolların axtarılmasına çalışaq", - Lavrov əlavə edib.

Teqlər: