“Azərbaycan Qran-Prisi möhtəşəm idi” - Pyer Qasli

“Azərbaycan Qran-Prisi möhtəşəm idi” -    Pyer Qasli
  06 İyun 2021    Oxunub:978
İnanılmaz yürüş oldu. Nə deyəcəyimi bilmirəm. Azərbaycan Qran-Prisi möhtəşəm idi.
Azvision.az xəbər verir ki, bunu "Formula 1" üzrə Azərbaycan Qran-Prisində üçüncü olan "Alpha Tauri" komandasının pilotu Pyer Qasli deyib.

Fransalı pilot Bakıda podiuma çıxacağını gözləmədiyini bildirib: "Amma sonunda bunu bacardıq. Həqiqətən inanılmazdır. Karyeramda üçüncü dəfə podiuma qalxıram. Daha əvvəllər birinci və ikinci olmuşam. Bu gün isə yarışı üçüncü sırada başa vurdum”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. İkinci yerdə “Aston Martin” komandasının almaniyalı pilotu Sebastian Fettel qərarlaşıb. “AlphaTauri” komandasının fransalı təmsilçisi Pyer Qasli isə yarışı üçüncü sırada tamamlayıb.

Azvision.az


Teqlər: Formula-1   Yarış   PyerQasli  





Xəbər lenti