ABŞ Ermənistanı narazı saldı

ABŞ Ermənistanı narazı saldı
  11 Mart 2014    Oxunub:994
ABŞ Ermənistana yardımı 2013-cü illə müqayisədə 11 milyon dollar azaldıb.
Amerika Birləşmiş Ştatları maddi yardım məsələsində Ermənistanı narazı salıb. Amerika hökumətinin 2015-ci il üçün Cənubi Qafqaz ölkələri üçün maliyyə yardımı proqramında 2013-cü illə müqayisədə Ermənistana ayrılan yardım daha 11 milyon dollar azaldılaraq 24,7 milyon dollara endirilmişdir. Vaxtı ilə bu yardım 40 milyon dollar təşkil edirdi.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, həmin məbləğ tənəzzüldə olan Ermənistan iqtisadiyyatına və məhkəmə orqanlarına yardım etmək, Ermənistan ordusunu formalaşdırmaq məqsədilə ayrılır.

Qeyd edək ki, ABŞ Gürcüstana 53,5, Azərbaycana isə 24,7 milyon dollar yardım ayırıb.


Teqlər:  





Xəbər lenti