Bu gündən “Pfizer” peyvəndinin tətbiqinə başlanılır

 Bu gündən “Pfizer” peyvəndinin tətbiqinə başlanılır
  07 İyun 2021    Oxunub:1078
Bu gündən Azərbaycanda koronavirus əleyhinə "Pfizer” peyvəndinin tətbiqinə start verilir.
Azvision.az -ın məlumatına görə, vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasında başlanılır. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürülməlidir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Azvision.az


Teqlər: Peyvənd   Vaksin  





Xəbər lenti