Azad edilmiş ərazilərdə narkotik plantasiyası aşkarlandı

Azad edilmiş ərazilərdə narkotik plantasiyası aşkarlandı
  07 İyun 2021    Oxunub:1082
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti