Ceyhun Bayramov Çavuşoğlu ilə bölgədəki vəziyyəti müzakirə etdi

   Ceyhun Bayramov Çavuşoğlu ilə bölgədəki vəziyyəti müzakirə etdi
  07 İyun 2021    Oxunub:1466
İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
XİN-dən Azvision.az -a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.

Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN   Nazir   Azərbaycan   Türkiyə  





Xəbər lenti