Qazaxıstan Prezidenti Azərbaycan səfirini təltif etdi

Qazaxıstan Prezidenti Azərbaycan səfirini təltif etdi
  07 İyun 2021    Oxunub:720
Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.
Azvision.az bu barədə Qazaxıstan KİV-lərinə istinadla xəbər verir.

Nazir səfirin ikitərəfli siyasi, ticarət-iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına verdiyi töhfələri qeyd edib. Bildirib ki, R.Məmnmədovun 13 illik diplomatik fəaliyyəti müddətində bir sıra layihələr uğurla həyata keçirilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanına uyğun olaraq, nazir R.Məmmədova ikitərəfli münasibətlərin inkişafındakı şəxsi töhfəsinə görə II dərəcəli “Dostluq” (Dostık) ordenini təqdim edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: RəşadMəmmədov  





Xəbər lenti