Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi

Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi
  07 İyun 2021    Oxunub:1811
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, qərara əsasən, doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilir.

Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçiriləcək.

Azvision.az


Teqlər: İmtahan  





Xəbər lenti