Ramiz Əzizbəylinin vəziyyəti yaxşı deyil

 Ramiz Əzizbəylinin vəziyyəti yaxşı deyil
  08 İyun 2021    Oxunub:745
"Atamın vəziyyəti yaxşı deyil. Səhhəti ağır olaraq qalır".
Bunu Azvision.az -a koronavirusa yoluxan Xalq artisti, tanınmış kinorejissor Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli deyib. O, atasının reanimasiya şöbəsində olduğunu bildirib.

"Həkimlər vəziyyətini ağır olaraq qiymətləndirir. Yaxşılaşması üçün dualar edirik. Huşu özündə deyil. Onu belə vəziyyətdə görmək ürəyimizi ağrıdır".

Qeyd edək ki, Ramiz Əzizbəyli bir müddət əvvəl koronavirusa yoluxub. Hazırda Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə alır.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Xalq-artisti   Ramiz-Əzizbəyli  





Xəbər lenti