Bosniya və Herseqovinanın deputatları Bakıda

Bosniya və Herseqovinanın deputatları Bakıda
  08 İyun 2021    Oxunub:1026
İyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Bosniya və Herseqovina ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Bosniya və Herseqovina parlament nümayəndə heyəti Azərbaycan rəsmləri ilə bir sıra görüşlər keçirəcək, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Səfər iyunun 10-da başa çatacaq.

Azvision.az


Teqlər: BosniyavəHerseqovina   Nümayəndə  





Xəbər lenti