Müdafiə Nazirliyindən
Azvision.az -a verilən məlumata görə, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qruplarının Kəlbəcər rayonu ərazisində təşkil etdiyi tədbirlər zamanı müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan əsgərlərə mükafatlar təqdim edilib.
“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi qulluqçulara çatdırılan məktublar onların böyük marağına səbəb olub. Hərbi qulluqçular məktub müəlliflərinə minnətdarlıqlarını bildiriblər.
Tədbirlərdə şəxsi heyətə maraqlı musiqi nömrələri təqdim olunub.
Azvision.az