Putin Koçaryanla telefonla danışıb

 Putin Koçaryanla telefonla danışıb
  08 İyun 2021    Oxunub:1175
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryan arasında yenidən telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri Moskvadakı mənbəyə istinadla məlumat yayıb. Söhbət bir neçə gün əvvəl, may ayında, Robert Koçaryan Rusiyada işgüzar səfərdə olarkən baş tutub. Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumatı təsdiqləyib:

“Doğrudan da, uzun müddət davam edən telefon danışığı oldu, həmsöhbətlər bir sıra məsələləri, xüsusən də bölgədəki vəziyyəti və Ermənistan-Rusiya münasibətlərini müzakirə etdilər".

Bu, cari ildə Rusiya prezidenti ilə Ermənistanın ikinci rəhbəri arasında baş tutan üçüncü telefon danışığıdır. Bundan əvvəlki telefon danışığı aprel ayında baş tutub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: RobertKoçaryan  





Xəbər lenti