“Kitab oğrusu”: “Ömrümün sonuna kimi bu kitabları oxumayacağam” - FOTO

  “Kitab oğrusu”:  “Ömrümün sonuna kimi bu kitabları oxumayacağam” -  FOTO
  08 İyun 2021    Oxunub:7389
“Böyük olaya səbəb olan kitablar Dante Aligyerinin “İlahi komediya”sı və Salman Rüşdünün “Gecəyarısı uşaqları” əsərləridir”.

Bunu Azvision.az -a açıqlamasında Bakıda kitab oğurlamaqda ittiham edilən Elməddin Süleymanov deyib.

Dünəndən bəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan E.Süleymanov bildirib ki, məlum hadisədən sonra həmin əsərlərin onun ev kitabxanasında olduğunu müəyyən edib:
“Mən ömrümün sonuna kimi bu kitabları oxumayacağam. Sən demə, bu əsərlər mənim evimdə kitabxanamda olub. Kitablarım o qədər çoxdur ki, onların sayını belə itirmişəm. Həmin gün məqsədimiz sadəcə bu kitabları oxumaq idi. Haradan bilərdim ki, onlar məndə də var. Bu hadisədə biz “Gecəyarısı uşaqları” olduq və başımıza "İlahi komediya" gəldi. Siqnalizasiya işə düşdü və biz həmin kitabları yerindəcə təhvil verdik. Məhkəmə haqqımızda bəraət verib. Biz günahsızıq. Oğurluq olsaydı, haqqımızda məhkəmə bəraət verərdimi? Günahımız olsaydı, məhkəmə bizim haqqımızda icbari həbs verərdi? Biz oğru deyilik”.


(Hadisə ilə bağlı məhkəmə qərarı)

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ötən gün Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilməsi barədə məlumat yayıb. Bildirilib ki, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.



Oxşar mövzu:

“Kitab oxuyanlar oğru olmur” - Deputat Nigar Köçərlini qınadı

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Kitab  





Xəbər lenti