Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı

 Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı
  08 İyun 2021    Oxunub:1475
Mayın 17-dən 5 iyun tarixinədək Sumqayıt şəhərində 14 şagirdin, Gəncə şəhərində 1 şagirdin və Abşeron rayonunda 2 şagirdin hərarəti olub.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Həmin dövr ərzində hərarəti yüksək olan işçi heyəti qeydə alınmayıb.

Mayın 17-dən bu günə kimi Sumqayıt şəhərində 19 şagird və 9 işçi heyətinin, Şəki şəhərində 1 şagird və 1 işçi heyətinin, Gəncə şəhərində 11 şagird və 1 işçi heyətinin, Abşeron rayonunda isə 10 şagird və 8 işçi heyətinin COVID-19 analizinin nəticəsi müsbət çıxıb. Həmin müddət ərzində qeyd olunan ərazilərdə distant təhsilə keçirilən məktəb olmayıb.

Azvision.az


Teqlər: Müəllim   Şagird   Koronavirus  





Xəbər lenti