135 mindən çox təhsil işçisi peyvənd olunub

135 mindən çox təhsil işçisi peyvənd olunub
  08 İyun 2021    Oxunub:1078
İyunun 5-dək ümumtəhsil müəssisələrində çalışan 135279 (61%) işçi heyəti 1-ci doza peyvəndlənmədə iştirak edib.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəriciləri aşağıdakı kimidir:

18-29 yaş arası heyətin 40%-i
30-39 yaş arası heyətin 53%-i
40-49 yaş arası heyətin 64%-i
50 yaşdan yuxarı heyətin 68%-i birinci doza peyvəndlənmədə iştirak ediblər.

Peyvəndlənmədə iştirak edənlər arasında bu günə kimi ciddi pisləşmə halı müşahidə edilməyib.

Azvision.az


Teqlər: Peyvənd   Müəllim  





Xəbər lenti