BMT sessiyasında Azərbaycanın məruzəsi təqdim edilib |
Nazir bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Ermənistanın sərhəd bölgəsində gərginliyin artırılmasına xidmət edən addımları, sərhəd məntəqəsində diversiya-kəşfiyyat fəaliyyəti, o cümlədən ərazilərin minalanması cəhdləri, eləcə də üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərin bərpası prosesi ilə bağlı qarşı tərəfə məlumat verib.
Görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin inkişafı, habelə Parlamentlər arasında, humanitar sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı ölkələrimiz arasında qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.
Azvision.az