Gülən xarici mətbuatda Ərdoğanı `vurdu`

Gülən xarici mətbuatda Ərdoğanı `vurdu`
  11 Mart 2014    Oxunub:1149
ABŞ-ın Pensilvaniya ştatında yaşayan türkiyəli dini lider Fətullah Gülənin İngiltərənin “Financal Times” jurnalında məqaləsi dərc olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fətullah Gülən həmin məqalədə Türkiyə hökumətini tənqid edib. O bildirib ki, hökumətin ədalət nazirinə hakim və prokurorları vəzifəyə təyin etmək səlahiyyəti verməyi və internetə senzura tətbiq etməyi Avropa Birliyi və digər qərb dövlətləri tərəfindən müsbət qarşılanmayıb.

O qeyd edib ki, on il ərzində qazanılan bütün nailiyyətlərə son vaxtlar kölgə düşüb: “Türkiyədəki mətbuat və ifadə azadlığı da ürəkaçan vəziyyətdə deyil. Yetkin insanlar tənqidi sevinclə qarşılayır. Çünki yerində edilən tənqid bizim inkiaşfımızı təmin edir”.

Dini lider deyib ki, dinlə siyasət qarşırsa, onda onların hər ikisi pis vəziyyətə düşür. Xüsusilə də din: “Heç vaxt heç bir siyasi partiyanı, ya da namizədi dəstəkləməmişəm, gələcəkdə də dəstəkləməyəcəm”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti