Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı

  08 İyun 2021    Oxunub :349
Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı 9 iyun saat 13:00-dək uzadılır.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, 8 iyun saat 17:00-a olan məlumata əsasən ümumilikdə 84287 abituriyent (o cümlədən I-IV ixtisas qrupları üzrə 70158 nəfər) ərizəsini təsdiq edib.

DİM: Apellyasiya Komissiyası 261 yazı işində düzəliş edib
1860 nəfər ərizəsini doldurub onu təsdiq etmək imkanına malik olsa da, elektron ərizəsini hələ də təsdiq etməyib. Həmin abituriyentlər, həmçinin sənəd qəbulunuda iştirak etmək istəyən digər abituriyentlər 9 iyun saat 13:00-dək öz ərizələrini təsdiq edə bilərlər.

Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin böyük əksəriyyəti ərizələrini özləri təsdiq edirlər.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini 9 iyun saat 13:00-dək SQK-ların birində təsdiq etdirməlidirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız ərizəsini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

Azvision.az

Teqlər: İmtahan   DİM