Ukrayna Krımla sərhəddə qoşun toplayır

Ukrayna Krımla sərhəddə qoşun toplayır
  11 Mart 2014    Oxunub:957
Krımı Ukraynaya birləşdirən Perekop bərxəzində çoxsaylı texnika və canlı qüvvə cəmləşib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Kiyev və Moskva arasındakı gərginlik artan xətlə inkişaf edir.

Krımı Ukraynaya birləşdirən Perekop bərxəzi boyu Ukrayna ordusunun ağır texnikası və canlı qüvvələri cəmləşib. Komandanlıq bunu hərbi təlimlərlə əlaqələndirib. Krımla həmrərhəd Xerson vilayətində keçirilən təlimlərdə 30-cu mexanikləşdirilmiş briqadanın şəxsi heyəti iştirak edir. Jitomir şəhərində ümumilikdə, 200 hərbi avtomobilin və 50 piyada döyüş maşının müşahidə olunduğu bildirilir.

Öz növbəsində NATO martın 11-dən Qara dəniz hövzəsində hərbi təlimlərə başlayır. Bolqarıstan, Rumıniya və ABŞ hərbi dəniz təlimlərinə başlayıb.

Rusiya Ukrayna ilə sərhəddə təlimləri yekunlaşdırsa da, Qərb Hərbi Dairəsində Hava Hücumundan Müdafiə Sistemlərinin tarixdə ən böyük yoxlamasını həyata keçirir.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti