Polisə zorakılıq edən şəxsin işi məhkəməyə göndərildi

Polisə zorakılıq edən şəxsin işi məhkəməyə göndərildi
  09 İyun 2021    Oxunub:643
Aprelin 30-de Tərtər rayonu, Qaradağlı kəndi ərazisində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq rayon prokurorluğunda istintaq aparılıb.
Bu barədə Azvision.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Baş Prokurorluq məişət zorakılığı barədə müraciət yayıb
İstintaqla müəyyən edilib ki, Bərdə rayon sakini Mənsim Aslanov rayonun Qaradağlı kəndi ərazisində yerləşən komendant postundan icazəsiz olaraq keçməyə cəhd edərkən həmin postda xidməti vəzifəsini icra edən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi avtomobili sonuncunun üzərinə sürüb vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib.

Mənsim Aslanov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti