Yük maşınları ilə bağlı yeni qərar

Yük maşınları ilə bağlı yeni qərar
  29 Mart 2013    Oxunub:2692
"Yük maşınları yolu dağıdır ".
Paytaxt sakinlərinə və kiçik tutumlu avtomobil sürücülərinə şad xəbər. Yaxın gələcəkdə şəhərə yük maşınları buraxılmayacaq. Bunun ücün şəhərətrafı qəsəbələrdə yük terminalları tikiləcək.

Əksər magistral yollarda isə yüklərə nəzarət məntəqəsi inşa olunacaq. Artıq bu istiqamətdə bir sıra işlərin həyata kecirilməsi nəzərdə tutulub. Bakı-Quba, Bakı -Qazax magistral yollarında artıq bu cür yük terminallarının quraşdırılmasına da başlanılıb.

"Azəryolservis" ASC-dən verilən məlumata görə, artıq bu istiqmətdə işlərə start verilib və son variant üzərində iş aparılır. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, yük maşınları yolların tez sıradan çıxmasına səbəb olur:

"Bunun qarşısını almaq ücün biz tədbirlər planı hazırlamışıq və bunu Nazirlər Kabinetinə təqdim edəcəyik. Tədbirlər planına əsasən və yük maşınları üçün alternativ yol çəkilməsi nəzərdə tutulub. Bütün magistral yollarda isə yük terminalı quraşdırılacaq ki, yollar dağılmasın".

Ağır tonnajlı maşınlarının sürücüləri də şəhər ətrafı qəsəbələrdə yük terminalının quraşdırılmasının düzgün addım olduğunu düşünürlər. Sürücülər də deyir ki, "daha yaxşı bizim üçün, heç olmasa tıxac olmaz, həm də biz rahat gedib-gələrik. Biz normadan artıq yük vurmuruq. Alternativ yol çəksinlər, sonra buraxmasınlar daha yaxşı".

Qeyd edək ki, şəhərətarfı qəsəbələrdə yük terminalları tikildikdən sonra yüklər həmin terminallara boşaldılacaq. Buradan isə kiçik tutumlu nəqliyyat vasitələri ilə şəhər daşınacaq.


Teqlər:





Xəbər lenti