İcbari tibbi sığorta üzrə xidmətlərin sayı artırılacaq

 İcbari tibbi sığorta üzrə xidmətlərin sayı artırılacaq
  09 İyun 2021    Oxunub:740
Hazırda icbari tibbi sığortanın xidmətlər zərfi 2550-dən çox xidməti özündə əks etdirir. Agentlik daim xidmətlər zərfinin üzərində işləyir və hər il yeniləri əlavə edilir.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Agentlik rəsmisi bildirib ki, bu il üçün müvafiq qurumlara təqdim edilən xidmətlər zərfində mövcud olan tibbi xidmətlərin sayının artırılması planlaşdırılır:

“Xidmətlər zərfinə 300-dən çox xidmət daxil ediləcək. Yeni tibbi xidmətlər əsasən vətəndaşların müraciətləri əsasında formalaşır. Statistik analizlər aparılır və nəticədə xidmətlər zərfinə əlavə və ya çıxarılma müəyyənləşir. Xidmətlər zərfinə əlavə ediləcək yeni tibbi xidmətlərin siyahısına yüksək ölüm riski faktorunun çox olduğu xəstəliklər və əlilliyə səbəb ola biləcək bir çox xəstəliklər daxildir. Bu xəstəliklər əvvəlki xidmətlər zərfində yer almamışdı. Bu ildən xidmətlər zərfində yeni xidmətlər öz əksini tapacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti