Bakıda müəllimlər nə qədər maaş alır?

 Bakıda müəllimlər nə qədər maaş alır?
  09 İyun 2021    Oxunub:2179
2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 702 manat təşkil edir.
Bu barədə Azvision.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari dərs ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur.

Azvision.az


Teqlər: Müəllim   Əmək-haqqı  





Xəbər lenti