1600 müəllim Bakı məktəblərinə işə qəbul olunub

1600 müəllim Bakı məktəblərinə işə qəbul olunub
  09 İyun 2021    Oxunub:1092
2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1739 vakansiya təqdim olunub.
Bu barədə Azvision.az -a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, müsabiqə və müsahibələr nəticəsində 2020-2021-ci tədris ilində 1600 nəfər işə qəbul edilib:

"Bunlardan 760 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 580 nəfər müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 260 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub".

Azvision.az



Teqlər: Müəllim  





Xəbər lenti