Ərdoğan Bakıda Türkiyə millisinin oyununu izləyəcək

 Ərdoğan Bakıda Türkiyə millisinin oyununu izləyəcək
  09 İyun 2021    Oxunub:1106
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda AVRO-2020-nin oyununu izləyəcək.

Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan AKP-nin parlament qrup toplantısında deyib.

"AVRO-2020-nin ikinci oyununu Azərbaycanda İlham Əliyev qardaşımla birlikdə izləyəcəyəm", - deyə Türkiyə lideri bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayının 15-də Azərbaycana səfərə gələcək. Türkiyə millisi iyunun 16-da Avropa çempionatı çərçivəsində Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşacaq.

Oxşar mövzu:

Ərdoğanın Şuşa səfərinin vaxtı məlum oldu

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti