Ərdoğan Şuşaya ailəsi ilə gedəcək

Ərdoğan Şuşaya ailəsi ilə gedəcək
  09 İyun 2021    Oxunub:1956
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş Şuşa şəhərinə gedəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan AKP-nin parlament qrup toplantısında bildirib.

Türkiyə lideri Brüsselə səfərindən sonra Azərbaycana gələcəyini bəyan edib.

Ərdoğan, həmçinin Şuşaya ailəsi ilə birlikdə gedəcəyini vurğulayıb: "Ailəlikcə işğaldan azad edilmiş Şuşaya səfər edəcəyik".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayının 15-də Azərbaycana səfər edəcək.

Ərdoğan Bakıda Türkiyə millisinin oyununu izləyəcək

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Şuşa  





Xəbər lenti