Azərbaycan və Pakistan hərbçiləri arasında birgə təlim müzakirəsi

 Azərbaycan və Pakistan hərbçiləri arasında birgə təlim müzakirəsi
  09 İyun 2021    Oxunub:1112
İyunun 9-da Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Ayaz Həsənov Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarlığının təmin edilməsi, birgə əməliyyat təlimlərinin planlaşdırılması və keçirilməsinə dair fikir mübadiləsi aparıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azvision.az


Teqlər: Pakistan   Azərbaycan  





Xəbər lenti