Çin Obamanı təmkinli olmağa çağırdı

Çin Obamanı təmkinli olmağa çağırdı
  11 Mart 2014    Oxunub:1614
Çin Xalq Respublikasının sədri Si Çzinpinlə Amerika prezidenti Barak Obama arasında Ukraynadakı situasiya ilə bağlı telefon danışığı baş tutub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, telefon danışığı zamanı Çin dövlət rəhbəri amerikalı həmkarını təmkinli olmağa və diplomatik vasitələrdən istifadə etməyə çağırıb.

“Çin tərəfi Ukrayna məsələsində obyektiv və ədalətli mövqe tutub. Ukraynadakı situasiya çox mürəkkəbdir. Hazırki situasiyada bütün tərəflərə soyuqqanlı və təmkinli olmaq lazımdır. Gərginliyə yol açan addımlardan yayınmaq lazımdır. Böhranın siyasi və diplomatik tollarla həllinə ehtiyac var”-deyə Çin lideri telefon danışığında bildirib.

Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi beynəlxalq münasibətlərdə sanksiyalarla hədələmə praktikasına qarşı çıxış edib.
Krımdakı gərginlikdən dolayı ABŞ Rusiya ilə hərbi və ticarət əlaqələrini kəsmişdi. Bundan başqa ölkə Senatı Rusiyaya qarşı sanksiyalar barəsində müzakirələr aparır.

Avropa Birliyinin sədri Herman van Rompey isə Kiyevlə Moskva arasında danışıqların baş tutmayacağı təqdirdə qurumun da Rusiyaya qarşı sanksiyalara qoşulacağını vurğulayıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti