ATƏT-in baş katibi Rusiyaya səfər edəcək

  10 İyun 2021    Oxunub :352
ATƏT-in baş katibi Rusiyaya səfər edəcək
ATƏT-in Baş katibi Helqa Şmid 21-24 iyun tarixlərində Moskvaya rəsmi səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT katibliyindən bildirilib.

Şmid Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ATƏT Parlament Assambleyasındakı bu ölkənin nümayəndə heyəti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təmsilçiləri ilə görüşəcək.

Görüşlərdə ATƏT regionunda təhlükəsizliyə təsir edən bir çox mövzunu müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HelqaŞmid   Rusiya   Səfər