Arustamyan 7 ildir “qara siyahı”dadır

  Arustamyan 7 ildir “qara siyahı”dadır
  10 İyun 2021    Oxunub:1991
Erməni əsilli Rusiya vətəndaşı, idman şərhçisi Nobel Arustamyan Azərbaycanın Xarici İşlər Nazirliyinin "qara siyahı"sındadır.
Azvision.az -ın məlumatına görə, Nobel Eduardoviç Arustamyan 2014-cü ildə işğal dövründə Qarabağa qanunsuz səfər edib. O, bu səbəbdən Azərbaycan XİN-in "qara siyahısına" düşüb. Arustamyan həmin vaxt “NTV+” kanalının şərhçisi olub.

Qeyd edək ki, erməni əsilli jurnalist və idman şərhçisi Nobel Arustamyan Azərbaycanda keçiriləcək “AVRO-2020” matçlarına akkreditasiya almayıb. O, futbol oyununu şərh etmək üçün Bakıya gələ bilməyəcək. Arustamyanla bağlı məsələ son günlər geniş müzakirələrə yol açıb.



Xatırladaq ki, Nobel Arustamyan ötən illər ərzində işğal altında olmuş Azərbaycan torpaqlarına dəfələrlə qanunsuz səfərlər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq qurumlarından icazə almayıb. O,aşkar şəkildə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.

Oxşar mövzu:

Arustamyan Bakıya gələ bilməyəcək

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti