Məscidlər ibadətə açıqdır - FOTOREPORTAJ

Məscidlər ibadətə açıqdır -  FOTOREPORTAJ
  10 İyun 2021    Oxunub:2296
Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda məscidlər ibadət üçün açılıb.
COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalar müəyyən edilib. Belə ki, məscid və digər ibadət yerlərinə gələn şəxslər tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidirlər.

İbadət yerində olarkən onların arasındakı məsafə 4 (dörd) bir tərəfdən minimum 1,5 (bir metr yarım) metr, sahə imkan verdikdə isə daha çox olmalıdır. Məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidirlər

İbadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir. Dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyətinə icazə verilir.

Azvision.az Əjdərbəy məscidindən hazırladığı fotoreportajı təqdim edir:



























Foto: Anar Bayramlı
Azvision.az

Qalereya




Teqlər: Məscid   İbadət  





Xəbər lenti