Mariya Stadnik qızıl medal qazandı - YENİLƏNİB

Mariya Stadnik qızıl medal qazandı -  YENİLƏNİB
  10 İyun 2021    Oxunub:1574
Güləşçimiz Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirinin qalibi olub.
Azvision.az xəbər verir ki, turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz startda Rumıniya idmançısı Emiliya Alina Vuku tam üstünlüklə məğlub edib.

Dörddəbir finalda ABŞ təmsilçisi Erin Qolston qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Yarımfinalda təmsilçimiz rusiyalı Mariya Tiumerekova ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik finala adlayıb. Həlledici görüşdə Ukrayna idmançısı Oksana Livaçı üstələyən M.Stadnik turnirin qızıl medalına sahib olub.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.

***
Güləşçimiz Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirinin finalına yüksəlib.

Azvision.az xəbər verir ki, turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz M.Stadnik startda Rumıniya idmançısı Emiliya Alina Vuku tam üstünlüklə məğlub edib. Dörddəbir finalda ABŞ təmsilçisi Erin Qolston qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Yarımfinalda təmsilçimiz rusiyalı Mariya Tiumerekova ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik finala adlayıb. Onun rəqibi Ukrayna idmançısı Oksana Livaç olacaq.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.

Azvision.az


Teqlər: MariyaStadnik  





Xəbər lenti