Baş nazir internet provayderləri ilə bağlı qərarı dəyişdirdi

Baş nazir internet provayderləri ilə bağlı qərarı dəyişdirdi
  10 İyun 2021    Oxunub:1072
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilib.
Nazirlər Kabinetindən Azvision.az -a bildirilib ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-1-ci maddəsinə uyğun olaraq internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi üzrə fəaliyyətin effektivliyini və operativlik səviyyəsini artırmaq məqsədilə qəbul edilib.

Qərarın qəbul edilməsi internet telekommunikasiya xidmətlərini göstərən subyektlərin uçot prosesinin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsinə, habelə normativ hüquqi akta əsaslanan uçota alınma üzrə prosedurların işlək mexanizm kimi tətbiqinin təmin olunmasına xidmət edəcək.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Qərar  





Xəbər lenti