Lüksemburqdakı soydaşlarımızdan mina terroru ilə bağlı çağırış

Lüksemburqdakı soydaşlarımızdan mina terroru ilə bağlı çağırış
  10 İyun 2021    Oxunub:1212
Ermənistanın mina cinayətinin qurbanı olan azərbaycanlı jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edən diaspor təşkilatlarının sırasına Lüksemburqda fəaliyyət göstərən "Qarabağ" Azərbaycan–Lüksemburq Mədəniyyət Assosiasiyası da qoşulub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Assosiasiya Avropa Şurası, “Amnesty İnternational”, BMT-nin İnsan haqları üzrə Ali Komissarlığı, "Human Rights Watch" və digər beynəlxalq təşkilatlara və media qurumlarına bəyanat ünvanlayıb.

Bəyanatda bildirilib ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun xidməti vəzifələrini yerinə yetirərkən iyunun 4-də Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olması Ermənistan hakimiyyətinin cinayətkar mahiyyətini bir daha ortaya qoyur. Diqqətə çatdırılıb ki, bütün beynəlxalq konvensiyalara və əldə edilmiş razılıqlara zidd olaraq, Ermənistan 30 ilə yaxın müddətdə işğalçılıq yolu tutub. Hazırda bu ölkə mina xəritələrini verməkdən imtina etməklə bölgədə sülhün və əmin-amanlığın yaranmasında maraqlı olmadığını göstərir.

Assosiasiya üzvləri beynəlxalq təşkilatları və nüfuzlu media qurumlarını bu məsələ ilə bağlı qətiyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırıblar.

Azvision.az


Teqlər: Diaspor   Mina   Ermənistan  





Xəbər lenti